Rusiya parlamenti ABŞ və Avropaya meydan oxudu
Bizi izləyin

Dünya

Rusiya parlamenti ABŞ və Avropaya meydan oxudu

Rusiya parlamenti ABŞ və Avropaya meydan oxudu

Rusiya Dövlət Duması ABŞ və Avropa İttifaqının Rusiyanın bir sıra rəsmi şəxslərinə qarşı qəbul etdiyi sanksiyalarla bağlı bəyanat qəbul edib.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda “Biz bu gün amerikalılara Dövlət Dumasının bütün deputatlarının adlarını sanksiyalar siyahısına daxil etməyi təklif edirik” sözləri yer alıb.

Sənədi “Vahid Rusiya”, Rusiya Liberal-Demokrat”, “Ədalətli Rusiya” və Rusiya Kommunist partiyalarından olan deputatlar hazırlayıb. Sənədə 353 deputat səs verib.

“ABŞ və Avropa İttifaqının sanksiyaları mənasız qorxutmaq cəhdidir. Bunların nə ilə qurtardığını Rusiyada hamı bilir. Bir çox ölkələrdə - Serbiya, Belarus və Suriyada bunlar artıq tətbiq edilib. Amma bu ölkələr özlərini itirmədilər, onlar vahid və müstəqil dövlət olaraq qalırlar”, - Dövlət Dumasının dini təşkilatlar və ictimai birliklər üzdə komitəsinin sədr müavini Mixail Markelov söyləyib.

O bildirib ki, Rusiyanın mövqeyi son dərəcə dəqiq və dürüstdür:“Biz heç vaxt rusdilli vətəndaşlarımızı satmayacağıq. Həmçinin, Krımın ərazisində yaşayan həmvətənlərimizi. Bir halda ki, onlar həmişəlik Rusiya ilə birgə olmaq barədə qərar qəbul etdilər. Sanksiyalara gəlincə, istənilən sanksiyalar bizim siyasi elitamızı birləşdirəcək. Xarici təhlükə qarşısında siyasi baxışlardan asılı olmayaraq biz həmişə bir olmuşuq”.

“Xalqın iradəsinin qəbul edilməməsi təəccübə səbəb olur. Çünki ABŞ və Avropa İttifaqı həmişə demokratiyaya öz sədaqətini bəyan edib və xalqların öz müqəddəratını müəyyən etmək hüququnu dəstəkləyiblər”, - Dövlət Dumasının bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm