Krımın Rusiyaya birləşməsi haqda müqavilə imzalandı - Video - Son dəqiqə
Bizi izləyin

Dünya

Krımın Rusiyaya birləşməsi haqda müqavilə imzalandı - Video - Son dəqiqə

Vladimir Putin Krımın müraciəti barədə çıxış edir

“Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir. Amma Krıma gəlincə, fakt üzrə bura yalnız Rusiyanın ola bilər”, - Putin söyləyib.

V.Putinin çıxışından sonra Krım baş naziri S.Aksyonov, parlament sədri Vladimir Konstantinov və Sevastopol Koordinasiya Şurasının sədri Aleksey Çalı ilə Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası birləşməsi barədə müqavilə imzalanıb.

15.55

V.Putin BMT və ABŞ-ın Kosova ilə bağlı qərarının Krım referendumu üçün presedent yaratdığını deyib. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Krıma daxil olmadığını və Rusiya yarımadadakı bazasında olan hərbçilərin sayının 25 mini ötmədiyini bildirib. “Biz Krımdakı hərbi qruplaşmanı gücləndirdik, amma müqavilədə nəzərdə tutulmuş son ştat sayını keçmədik”, - prezident əlavə edib.

Rusiya prezidenti Qərb partnyorlarının özlərini kobud, məsuliyyətsiz və qeyri-peşəkar apardığını bildirib. Putin vurğulayıb ki, Rusiya təmkinli siyasətini bu gün də davam etdirir. O, Qərbi isterikanı dayandırmağa, Rusiyanın milli maraqlarına hörmət etməyə çağırıb. Rusiya dövlət başçısı Krımdakı vəziyyətlə bağlı sərgilədiyi mövqeyə görə, Çinə minnətdarlığını ifadə edib.

Krm heç vaxt banderlərin( Qərbi Ukraynanın milli qəhərəmanı Stepan Banderin adından götürlüb təhqiramiz ifadə kimi işlədilir-red.) olmayacaq. Krım güclü və davamlı Rusiya suvereniteti altında olmalıdır.

15.45

“Rusiya üçün Ukrayna ilə münasibətlər həmişə əhəmiyyətli və əsas olacaq. Rusiya həmişə Ukraynaya kömək edib, xüsusilə sərhədlərin delimitasiyası məsələlərində. Biz Rusiya Federasiyası maraqları və onun vətəndaşlarının Ukrayna ərazisində nəzərə alınmasını gözləmişik”,- Putin söyləyib.

Krımın Ukrayna verilməsi ilə bağlı Nikita Xruşovun qərarını xatırladan Rusiya prezidenti qeyd edib ki, tarixçilər bu qərarın səbəblərini aydınlaşdırmalıdırlar. “Totalitar dövlətdə vətəndaşlardan heç nə soruşmurdular, sadəcə fakt qarşısında qoyurdular”, - o, vurğulayıb.

V.Putin bildirib ki, Rusiya yardımla bağlı Krımın xahişinə səs verməyə bilməzdi. “Əks halda bu xəyanət olardı” deyən V.Putinin sözlərinə görə, krımlılara tarixdə birinci dəfə öz taleyini müəyyən etmək hüququnu reallaşdıra bilmək üçün şərait yaradılmalı idi. Putin Ukraynada hakimiyyət dəyişikliyinin rusfoblar və ekstremistlər tərəfindən həyata keçirildiyini bildirib. “Məhz onlar ölkədə indiki həyatı müəyyən edirlər”, - Rusiya dövlət başçısı deyib.

15.21

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına birləşmək barədə Krımın etdiyi müraciətlə bağlı parlamentin üzvləri, qubernatorlar və vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında çıxış edir.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin çıxışı Kreml sarayının Georgiyevski zalında baş tutub.

Xəbər agentliyinin yazdığına görə, “Krım Respublikası”nın baş naziri Sergey Aksyonov və parlament sədri Vladimir Konstantinov da hazırda həmin zaldadır.

Rusiya prezidenti Krımdakı referendumun demokratik prosedurlara müvafiq keçirildiyini bildirib.

Putin bildirib ki, Krım tatarlarının bütün hüquqlarının bərpası üçün bütün addımlar atılmalıdır. O, Krımda üç dil – Ukrayna, rus və tatar dillərinin bərabər hüquqlu olmasının vacibliyini dilə gətirib.

V.Putin Krım Ukrayna tərkibinə verilməsi barədə qərarın aşkar şəkildə Konstitusiya normalarının pozulması ilə qəbul edildiyini deyib. O, SSRİ-in dağılmasından sonra rus xalqının ən böyük bölünmüş xalqlardan biri olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm