"Udar"dan ilk zərbə: “Diplomatik münasibətlər kəsilsin”
Bizi izləyin

Dünya

"Udar"dan ilk zərbə: “Diplomatik münasibətlər kəsilsin”

Kiyevdən ilk çağırış: “Rusiya ilə diplomatik münasibətlər kəsilsin”

Krım Muxtar Respublikası və Sevastopol şəhərlərinin Rusiya Federasiyasına birləşməsi barədə bu gün Rusiya ilə imzalanan müqaviləyə Ukraynada ilk reaksiya “Zərbə” Partiyasından gəlib.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Vitali Kliçkonun rəhbəri olduğu partiya Ukrayna hakimiyyətini Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsməyə çağırıb.

“Rusiyanın siyasi rəhbərliyinin düşmən hərəkətləri və beynəlxalq münasibətlərin hamı tərəfindən qəbul edilmiş təcrübəyə əsaslanaraq, biz Rusiya Federasiyası ilə diplomatik münasibətlərinin təcili şəkildə kəsilməsini təkid edirik", - partiyanın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Rusiya rəhbərliyinin bu cür hərəkətləri Ukrayna dövlətinin müstəqilliyi və ərazi bütövlüyünə qəsd, Ukraynanın daxili işlərinə açıq müdaxilədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm