• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyanı G8-dən qovdular

  • Dünya
  • 18 Mart 2014 17:40
  • 550 Baxış
Rusiyanı G8-dən qovdular

Rusiyanın "Böyük səkkizlik"dəki (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Almaniya, Kanada, İtaliya) fəaliyyəti dayandırılıb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransa xarici işlər naziri Loran Fabius bildirib.

Rusiyanın Ukrayna ilə bağlı addımların Avropa İttifaqı, ABŞ, Yaponiya, hətta Çində mənfi reaksiya doğurduğunu deyən nazir Rusiyanın hazırda tamamilə təcrid edildiyini söyləyib. O, qeyd edib ki, G8-ə bundan sonrakı üzvlüyü Rusiyanın öz hərəkətlərindən asılı olacaq.

Qeyd edək ki, G8 liderlərinin “Təhlükəsiz dünyada davamlı artım üçün risklərin idarə edilməsi” devizi altında keçiriləcək qırxıncı sammitİ 4-5 iyun 2014-cü il tarixində Soçidə baş tutmalı idi. G8 ölkələrinin bəziləri artıq sözügedən sammiti boykot edəcəyi barədə bəyanat verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR