• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Növbəti kamikadze hücumu: 15 nəfər ölüb

  • Dünya
  • 18 Mart 2014 20:46
  • 488 Baxış
Növbəti kamikadze hücumu: 15 nəfər ölüb

Əfqanıstanın Faryab əyalətində qanlı terror hadisəsi törədilib.

“İTAR TASS” əfqan mətbuatına istinadən xəbər verir ki, terror aktı ötən gün yerli vaxtla səhər saat 08:50-də əyalətin Məymənə rayonunda təşkil edilib.

Kamikadze içərisində partlayıcıların olduğu bir avtomaşını rayonun Məysərə adlı bölgəsində partladaraq, 15 nəfərin ölməsinə və onlarla insanın yaralanmasına səbəb olub. Ölənlərdən yeddisinin mülki vətəndaş olduğu bildirilir. Onlardan biri 7 yaşlı uşaq, bir nəfəri isə hamilə qadındır.

Qeyd edək ki, terror aktı ilə bağlı məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR