ABŞ hərbi gəmiləri rotasını Baltik regionuna yönəldib
Bizi izləyin

Dünya

ABŞ hərbi gəmiləri rotasını Baltik regionuna yönəldib

Amerika Birləşmiş Ştatları hərbi qüvvələri rotasını Baltik regionuna yönəldib. Hökumət region ölkələri ilə əməkdaşlıq əlaqələrinin

Amerika Birləşmiş Ştatları hərbi qüvvələri rotasını Baltik regionuna yönəldib. Hökumət region ölkələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirmək və regionda hərbi təlimləri gücləndirmək məqsədilə fəaliyyətə başlayıb. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ötən gün bu barədə açıqlama verib. Polşanın paytaxtı Varşavada Estoniya prezidenti Tomas Hendrik İlveslə görüşən Bayden qeyd edib ki, Amerika NATO ölkəsi olaraq tərəfdaş ölkələrin suverenliyini qorumağa hazırdır.

"Rusiya öz hərəkətlərinə görə cavab verəcək dedikdə, əlbəttə ki, təkcə sanksiyaları nəzərdə tutmuruq. Rusiya zorakı siyasəti ilə beynəlxalq arenada etibarını özünə qarşı inamı itirib və dünya iqtisadiyyatından özünü təcrid edir".

ABŞ dövlət katibi Con Kerri Krımda cərəyan edən ən son hadisələri şərh edib. Kerri bildirib ki, Rusiyanın regionda yürütdüyü işğalçılıq siyasəti bədbəxtliklə nəticələnə bilər. Onun sözlərinə görə, rəsmi Moskva bu istiqamətdə fəaliyyətini davam etdirərsə, bu, beynəlxalq ictimaiyyəti ağır seçimlər qarşısında qoyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm