Ukrayna hərbçiləri Krımı sərbəst şəkildə tərk edə bilərlər
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri Krımı sərbəst şəkildə tərk edə bilərlər

Ukrayna hərbçiləri Krımı sərbəst şəkildə tərk edə bilərlər

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi BBC-nin Hardtalk proqramında bildirib ki, Krımda qalan Ukrayna hərbçiləri Krımın hərbi hissələrinə, sonra isə Rusiya ordusuna qoşula bilərlər, yaxud "sərbəst şəkildə yarımadanı tərk edə bilərlər".

Bu barədə Trend məlumat verir.Hesablamalara görə, hal-hazırda Krım ərazisində 20 minə yaxın ukraynalı əsgər vardır.

Çərşənbə axşamı Krımda ukraynalı hərbçi həlak olub. "Təəssüf ki, təxribatla üzləşmək məcburiyyətindəyik", - Dmitri Peskov onun ölümü barədə məlumatı şərh edib.Peskovun sözlərinə görə, Rusiya Şərqi Ukrayna ərazisində hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

"Əlbəttə, söhbət Ukraynanın şərq regionlarında hərbi əməliyyatlar barədə getmir", - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm