• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yeni soyuq müharibə başlamamalıdır- Abdulla Gül

  • Dünya
  • 19 Mart 2014 10:39
  • 617 Baxış
Yeni soyuq müharibə başlamamalıdır- Abdulla Gül

Ankaradan xəbərdarlıq: “Soyuq müharibə” başlamamalıdır”

“Ukraynanın ərazi bütövlüyünü, Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq. Bu şəkildə ölkələrin parçalanmasına tərəfdar deyilik”.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül Krım Muxtar Respublikası və Sevastopol şəhərlərində keçirilən referendumdan sonra bu ərazilərin Rusiyaya birləşməsinə münasibət bildirərəkən deyib.

Dövlət başçısı Ukrayna hadisələri ilə bağlı həm Qərb müttəfiqləri, eyni zamanda yaxın qonşusu Rusiya ilə hər səviyyədə danışıqlar apardığını deyib. “Yeni bir “soyuq müharibə” dövrünün başlanmaması lazımdır. Krımda yaranmış vəziyyət yeni soyuq müharibənin başlamasına təkan verəcəkBu baş verərsə hər kəs zərər görər”, - A.Gül söyləyib.

Qeyd edək ki, referendumdan istədiyi nəticəni əldə edən Krım hakimiyyəti və Sevastopol şəhər rəhbərliyi dünən Rusiyaya birləşməsi barədə müqaviləyə imza atıb.

Qeyd edək ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR