Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin qərargahını qadınlar alıb - Yenilənir
Bizi izləyin

Dünya

Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin qərargahını qadınlar alıb - Yenilənir

Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirilib

“Aydındır ki, Ukrayna zabitləri qadınlara qarşı güc tətbiq etmək etməyəcəklər”, - Ukraynanın Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin başçısı Vladislav Seleznyov vurğulayıb.

O, əlavə edib ki, Ukrayna hərbçilərinin Rusiyaya tərəfinə keçməyəcəyi halda Ukraynanın materik hissəsinə geri çəkilməsi tələb olunur. V.Seleznyov Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin qərargahına hücum edənlərin sayının təxminən 200 olduğunu bildirib.

Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk isə “facebook” səhifəsində yazıb ki, Ukrayna Müdafiə Nazirliyi hərbçilərə silah işlətmək barədə icazə verməsinə baxmayaraq, qərargaha hücum edənlərin içərisində qadınların olması müdafiəni çətinləşdirir.

Ömər Dağlı

11.50

Simferopolda hərbi hissənin yaxınlığında baş vermiş atışma nəticəsində 2 nəfər - "Krımın özünümüdafiə dəstəsi"nin döyüşçüsü və Ukrayna hərbi hissəsinin hərbçisi həlak olub, ikisi isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə UNİAN Krım milisinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

İlkin məlumatlara görə, atəş eyni yerdən iki istiqamətdə açılıb. Naməlum şəxslər hərbi hissənin bilavasitə yaxınlığında yarımçıq tikilinin pəncərəsindən atəş açıblar.

Məlumata görə, Krım MR-də yerləşdirilmiş Ukrayna SQ-nin hərbi qulluqçusunun ölümü ilə bağlı silah tətbiqinə icazə verilib.

Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar. Onlar qərargahın üzərində Rusiya və Andreyev bayraqlarını qaldırıblar.

Yerli vaxtla səhər saat 08:00-da qərargahın binası qarşısında mitinq başlayıb, bir neçə yüz iştirakçı hasarı uçuraraq zorla içəri daxil olublar və bayraq ağaclarındakı bayraqları dəyişdiriblər.

Hal-hazırda Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar davam edir. Hərbi qulluqçulara qarşı zor tətbiq edilmir. Əməliyyatda Rusiyanın silahlı qüvvələri iştirak etmir.

Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm