Məşhur rus müğənniləri qəza keçiriblər
Bizi izləyin

Dünya

Məşhur rus müğənniləri qəza keçiriblər

Məşhur ifaçılar qəza keçiriblər

Rusiyanın məşhur ifaçıları Leonid Aqutin və Anjelika Varum avtomobil qəzası keçiriblər.


ANS PRESS-in məlumatına görə, ifaçılar konsert proqramı ilə çıxış etmək üçün Barnauldan yollandıqları Prokopyevsk şəhərində hadisə ilə üzləşiblər.


Bu barədə A.Varumun meneceri mətbuata məlumat verib, xoşbəxtlikdən onlardan heç biri ciddi xəsarət almayıb. Hadisə yerinə dərhal təcili yardım işçiləri gəlib. Buna baxmayaraq sevilən ifaçılar xəstəxanaya getməkdən imtina ediblər və qaldıqları mehmanxanaya üz tutublar.


Prokopyevskdə konsert proqramı baş tutdu, amma səhnəyə ancaq Leonid Aqutin çıxıb. Çıxışı zamanı ifaçı baş verən hadisə barədə qısaca məlumat verib və qeyd edib ki, Anjelika özünü yaxşı hiss etmir, bu səbəbdən ifa edə bilməyəcək. Şəhərdə yerləşən polis əməkdaşları qəzanın necə baş verdiyi barədə açıqlamalar veriblər.

Onlar bildiriblər ki, hadisədə günahkar şəklində "Nissan" markalı avtomobilin sürücüsü göstərilir. Həmin maşını idarə edən şəxs idarəetməni itirərək qarşı yola çıxıb və sənətçilərin yerləşdiyi "Mercedes" avtomobili ilə toqquşub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm