Daha bir ölkə Rusiya rəsmilərinə qarşı sanksiyalara qoşuldu
Bizi izləyin

Dünya

Daha bir ölkə Rusiya rəsmilərinə qarşı sanksiyalara qoşuldu

Daha bir ölkə Rusiya rəsmilərinə qarşı sansiyalara qoşuldu

Avstraliya Rusiya və Ukraynanın 12 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Avstraliya xarici işlər naziri Culiya Bişop açıqlama verib.

Açıqlamada bildirilir ki, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünüə təhlükə törədən şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq edilir və onların ölkəyə girişinə qadağa qoyulur.

“Mən qəti şəkildə Rusiya prezidenti Vladimir Putinin Ukraynanın ərazisi olan Krımı zəbt etməsini pisləyirəm. Krımın statusunun istənilən dəyişikliyinin qanuni əsasları yoxdur”, - Avstraliya xarici işlər nazirinin rəsmi saytında bildirilir. Nazir barəsində sanksiyalar tətbiq olunan şəxslərin kimliyinə aydınlıq gətirməyib. O, qeyd edib ki, onların adları sanksiyaların tətbiqi qaydaları haqqında 2011-ci il qəbul olunan qanunverici akta ediləcək düzəlişlərdən sonra elan olunacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ və Avropa İttifaqı da Rusiyanın yüksək rütbəli dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Həmin şəxslərin ABŞ və Avropa İttifaqı ölkələrindəki bank hesabları dondurulub, eyni zamanda onların həmin ölkələrə girişinə qadağa qoyulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm