“Vikiliks”də Gülən yazışmaları: Azərbaycanın da adı keçir
Bizi izləyin

Dünya

“Vikiliks”də Gülən yazışmaları: Azərbaycanın da adı keçir

“Vikiliks”də Gülən yazışmaları: Azərbaycanın da adı keçir


Türkiyədə camaat lideri Fətullah Gülənlə bağlı “Vikiliks” yazışmaları ortaya çıxıb.Publika.Az türk mediasına istinadən xəbər verir ki, “Vikiliks”də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) beyin mərkəzi olaraq göstərilən Stratfor rəsmilərinin yazdığı raportda bu barədə deyilir: “Reva Bhallanın "Stratfor"a göndərdiyi 22 mart 2010-cu il tarixli analizdə camaatdan ayrılmış adı açıqlanmayan keçmiş bir müridin etiraflarına yer verilir. Liseydə camaata qoşulan və camaatın əmri ilə ABŞ-a gələn keçmiş mürid özünün Türk Silahlı Qüvvələrinə soxulduğunu etiraf edir. Keçmiş mürid gülən və hərbi sirlərə malik olduğu üçün camaatın onun üstyünə gələ bilmədiyini, lakin mütəmadi olaraq yoxlanıldığını açıqlayır.

O, Gülənin qərarları verən ali səviyyəli idarə mərkəzinin 12 nəfərlik “elm adamları” şurasının olduğundan bəhs edir. Onun dediklərinə görə, polisdə camaatın təşkilatlanması çox güclüdür. Belə ki, Türkiyədə hər şəhərdə olan camaata mənsub polislər eyni zamanda Azərbaycan və Türkmənistandakı fəaliyyətə də nəzarət edirlər. Ankaradakı camaata yaxın iş adamları da Azərbaycan və Türkmənistandakı fəaliyyəti maliyyələşdirirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm