Ruslar Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanını həbs edib
Bizi izləyin

Dünya

Ruslar Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanını həbs edib

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, az öncə Sevastopolda Ukrayna Donanmasının qərargahını tərk edən Sergey Qayduk saxlanılıb. Bu barədə Sevastopol prokurorluğundan açıqlama verilib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, az öncə Sevastopolda Ukrayna Donanmasının qərargahını tərk edən Sergey Qayduk saxlanılıb. Bu barədə Sevastopol prokurorluğundan açıqlama verilib.

Prokurorluqdan ona “suallar olduğu” bildirilib. Qurumun əməkdaşının sözlərinə görə, guya Qayduk “Ukrayna hakimiyyətinin dinc əhaliyə qarşı silah işlətmək əmrini hərbi hissələr üzrə translyasiya edib”.

Xatırladaq ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Operativ Təminat Baş İdarəsinin fotoqrammetrik mərkəzinin ruslar tərəfindən hücumla tutulması nəticəsində bir Ukrayna hərbçisi həlak olub.

Bundan sonra Müdafiə Nazirliyi hərbçilərə özlərini qorumaq üçün silahdan istifadəyə icazə verib. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm