Rusiyadakı Britaniya viza mərkəzləri öz işini dayandırır
Bizi izləyin

Dünya

Rusiyadakı Britaniya viza mərkəzləri öz işini dayandırır

Martın 20-dən Rusiyada Britaniyanın viza mərkəzləri bağlanır. Moskvadakı viza mərkəzi isə martın 21-dən işini dayandıracaq.

Martın 20-dən Rusiyada Britaniyanın viza mərkəzləri bağlanır. Moskvadakı viza mərkəzi isə martın 21-dən işini dayandıracaq.

Britaniya viza mərkəzinin saytında bildirilir ki, ilk işini dayandıran martın 20-də bağlanacaq Yekaterinburq viza mərkəzi olacaq. 25 martda Peterburq mərkəzi, 27 martda Rostov mərkəzi, bir gün sonra isə Novosibirsk mərkəzi işini dayandıracaq.

Beləliklə, Rusiya ərazisində olan Britaniya viza mərkəzləri bir həftə ərzində öz işlərini dayandıracaqlar. Viza almaq istəyənlər birbaşa səfirliyə müraciət etməlidirlər. Viza mərkəzlərinin sonradan açılıb-açılmayacağı barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm