Türkiyəyə qarşı ŞOK İDDİA
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı ŞOK İDDİA

Türkiyəyə qarşı şok iddia

Publika.Az xəbər verir ki, İngiltərə mətbuatı Türkiyədən Nigeriyaya silah daşındığını iddia edib.Xəbərə görə, silahlar Türk Hava yolları təyyarəsiylə daşınmış.

İsmayıl

Yazıda açıqlanan telefon danışığının, THY rəsmilərindən Məhməd Qaraqaş ilə baş nazir Rəcəb Təyyib Ərdoğanın məsləhətçilərindən Mustafa Varank arasında keçdiyi deyilir.

Qeydə görə, Qaraqaş Varanka daşınacaq 'öldürücü ləvazimat' mövzusuna açıqlıq gətirilməsini istəyir və "Onlarla ləvazimat daşıyıram, Nigeriyaya gedir bu anda. Müsəlmanlarımı öldürəcək, xristianlarımı? Günah edirik, xəbərin olsun" deyir.

Varank "Hakan Bəylə danışdıqdan sonra bir-iki gün içində cavab verəcəyini" söyləyir. İngilis mediası "Hakan Bəy"in MİT başçısı Hakan Fidan olduğunu yazır.

THY-in qeydlə əlaqədar olaraq verdiyi bəyanatda Nigeriyaya Türkiyədən ya da başqa bir ölkədən silah daşımadığını bildirir.THY şirkətin yük ilə silah və hərbi sursat daşıyarkən, beynəlxalq hüquq və beynəlxalq nəqliyyat qaydaları çərçivəsində rəsmi proseduralara uyğun hərəkət etdiyini deyib.

Xatırladaq ki, Nigeriyada, radikal dinci qruplardan Boko Haram hökuməti devirərək bir şəriət dövləti qurmaq üçün son dövrdə böyük can itkinlərinə səbəb olan şiddətli müharibə aparırr. Türkiyədə müxalifətin bu qeydlə əlaqədar olaraq hökumətdən açıqlama istədiyini yazan ingilis mediası, bu qeydin “sui-istifadə “ iddialarıyla qarşı-qarşıya olan AKP hökuməti üzərindəki təzyiqi daha da artıracağını iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm