• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI

  • Dünya
  • 20 Mart 2014 22:43
  • 837 Baxış
ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI

ABŞ Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən anneksiya edilməsinə görə rus rəsmilərinə qoyduğu qadağaları genişləndirib.

Yeni siyahıda ABŞ-ın viza verməyəcəyi, hesablarını donduracağı Rusiya rəsmilərinin, o cümlədən Rusiya prezidentinin icra aparatının rəhbərlərinin adları yer alıb:

1. Yevgeni Buşmin – Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) sədr müavini
2. Vladimir Djabarov - Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsində sədrin 1-ci müavini
3. Andrey Fursenko – Rusiya prezidentinin köməkçisi
4. Aleksey Qromov – Rusiya prezidentinin icra aparatı rəhbərinin müavini
5. Sergey İvanov – Rusiya prezidentinin icra aparatının rəhbəri
6. Viktor İvanov
7. Vladimir Kojin
8. Yuri Kovalçuk
9. Sergey Mironov – “Ədalətli Rusiya” partiyasının sədri, Rusiya Dumasının üzvü
10. Sergey Narışkin
11. Viktor Ozerov – Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri
12. Oleq Panteleyev – Parlament məsələləri üzrə komitədə sədrin 1-ci müavini
13. Arkadi Rotenberq
14. Boris Rotenberq
15. Nikolay Rıjkov – Rusiya parlamentinin yuxarı palatasının üzvü
16. İqor Serqun – general-leytenant, Baş Kəşfiyyat İdarəsinin (QRU) yüksək səviyyəli rəsmisi
17. Gennadi Timçenko
18. Aleksandr Totoonov - Rusiya Federasiya Şurasında Mədəniyyət, Elm və İnformasiya Komitəsinin üzvü
19. Vladimir Yakunin
20. Sergey Jeleznyak - Rusiya Dumasının vitse-spikeri

Siyahıya Rusiyanın bir bankı da əlavə edilib: “BANK ROSSİYA”. /anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR