• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Petrosyan Serj Sərkisyanı xilas edib – erməni ekspert

  • Dünya
  • 21 Mart 2014 11:40
  • 554 Baxış
Petrosyan Serj Sərkisyanı xilas edib – erməni ekspert

“Ermənistanın təzyiq vasitəsi saxlanması Gürcüstan və Azərbaycana da ziyandır”

Beynəlxalq münasibətlər üzrə erməni ekspert Armen Xarazyan “Jamanak” qəzetinə müsahibəsində Ermənistanın Gömrük Şurası seçimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi və Ermənistanın Cənubi Qafqazdakı mövqeyi ilə bağlı məsələləri şərh edib.

Publika.Az müsahibəni ixtisarla təqdim edir.

-Necə oldu ki, Avropa Birliyi və ABŞ Ukraynanı dəstəklədi. Ermənistan niyə dəstəklənmədi, Ukrayna niyə bu qədər əhəmiyyətlidir?

-Ukrayna daha əhəmiyyətli deyil. Sadəcə Gömrük Şurasına daxil olması ilə bağlı Ermənistan hakmiyyətinin qərarına, Rusiyanın imperiya ambisiyalarına Ukraynadan fərqli olaraq erməni cəmiyyətində qətiyyətli və birləşmiş etiraz dalğası olmadı. Amma bunu Ukrayna cəmiyyəti etdi. Dəstək üçün hər şeydən əvvəl yaxşı təşkil olunmuş vətəndaş mövqeyinə malik olmaq lazımdır. Ermənistan bu baxımdan Ukrayna ilə müqayisədə daha zəif göründü. Əgər siyasi güclər və Ermənistanın ictimaiyyəti öz hakimiyyətinin bu şübhəli qərarına müqavimət göstərə bilmədisə, o halda dünya bu xalqın nə istədiyini necə anlamalıdır.

-2008-ci ildə saxtalaşdırılan seçkilərdən sonra genişmiqyaslı etiraz nümayişləri keçirildi. Həmin vaxt niyə erməni xalqına dəstək göstərilmədi?

-Mart hadisələrindən dərhal sonra ABŞ Konqresində Avropa təhlükəsizliyi və əməkdaşlığı komissiyasında Ermənistandakı vəziyyətlə bağlı dinləmələr təşkil edildi. Müxalifətin lideri, birinci prezident Levon Ter Petrosyana Vaşinqtona gəlmək və Konqresin dinlənmələrində erməni müxalifətinin mövqeyini ifadə etmək üçün rəsmi dəvət göndərilmişdi. Dəvət həmçinin rəsmi İrəvana da göndərilmişdi. Ter-Petrosyan dinləmələrdə iştirakı məqsədəuyğun hesab etmədi və Vaşinqtona nümayəndələrindən birini göndərdi. Hakimiyyəti isə dinləmələrdə Ermənistan Prezident Administrasiyasının hazırkı rəhbəri Viqen Sarkisyan təmsil edirdi. Təbii ki, dinləmələrdə müxalifətin təmsilçilik səviyyəsi azaldı. Həmin günlərdə “Vaşinqton Post” Ermənistandakı hadisələr haqqında Ter-Petrosyanın məqaləsini dərc etdi. Məncə, bu hər iki tərəf üçün ciddi diplomatik impuls oldu. ABŞ-ın seçkilərinin nəticəsinə görə. "Minilliyin çağırışı”proqramında Ermənistanın iştirakını dayandırdılar. Müxalifətin əsas gücü - Erməni Milli Konqresi ABŞ siyasi dairələri ilə əlaqələrin yaxşılaşdırılması üçün heç bir addım atmadı. Sarkisyan isə seçkiqabağı dövrdə ABŞ-ın dövlət, siyasi və ictimai dairələri ilə fəal işlədi. Sirr deyil ki, o, siyasi imicinin yüksəldilməsi məqsədi ilə seçkilərdən ən azı 6 ay əvvəl məşhur Amerika şirkəti Burson Marstellerin xidmətlərdən istifadə edirdi. Şirkətə ən azı 500 min dollar ödənilmişdi. Ermənistan hakimiyyəti və müxalifət arasında mübahisə seçkilərin nəticələri və daxili siyasətlə bağlıdır, xarici siyasət məsələlərində isə mövqelər üst-üstə düşür.

-Sizcə, rusmeyli mövqeyə görəmi, Ermənistan müxalifəti Sarkisyanın3 sentyabr qərarına qarşı çıxmadı?

-Yalnız müxalifət deyil, həm də geniş ictimai təbəqələr. Əsas müxalifət avrointeqrasiyanın xeyrinə çıxış etmir və aydın şəkildə Rusiyanın yanındadır.

-Çoxları qeyd edirlər ki, bu hakimiyyət dövründə Ermənistan Avropa İttifaqına tərəf hərəkət edə bilməyəcək. Çıxış yalnız hakimiyyətin dəyişməsindədirmi?

-Təəssüf ki, Ermənistan bu hakimiyyətin zülmü altında qalmağa məhkum edilib və bu hakimiyyət qaldıqca da ictimai mürgü davam edəcək.

- Dəfələrlə qeyd etmisiniz ki, Ermənistan bu gün yıxılmış dövləti xatırladır. Siz Ermənistanın uğurlu dövlətə çevrilmə yollarını görürsünüzmü, yoxsa Ermənistan tamamilə uçuruma yuvarlanıb?

-Hakimiyyətin 3 Sentyabr qərarından çəkilməsi üçün yaxşı təşkil edilmiş xalq hərəkatına ehtiyac var. Bizim düşüncəmizdə və dünyagörüşümüzdə inqilab lazımdır. Lazımdır ki, hər kəs daxilən və zahirən Ermənistanın yenidən sovetləşdirilməsini rədd etsin. Xarici siyasət planında Ermənistan-Türkiyə münasibətlərində radikal dəyişikliklər lazımdır. Bu Ermənistanın geosiyasi yalnızlığının ən böyük kompleksidir və həmişəlik bunun öhdəsindən gəlmək lazımdır. Məhz Qarabağ münaqişəsi ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərində ölkəni avrointeqrasiyadan saxlamaq və ölkəni yenidən sovetləşdirməyə aparmaq üçün möhtəkirlik edirlər. Ermənistana təzyiq vasitəsi kimi sərhədlərin bağlı saxlanılması yalnız Ermənistana deyil, həm də Gürcüstan və Azərbaycana zərər vuracaq. Ona görə ki, Cənubi Qafqaz üçayaqlı stuldur. Bir ayaq sınacaq və bu stul daha olmayacaq. Hər halda arzuolunan idi ki, Türkiyə erməni-türk və Qarabağ problemlərini bir-birindən ayırsın. Ermənistan bu iki problemlə bağlı olmağa müqavimət göstərməyə davam etməlidir.

İqtisadi planda Ermənistan ən mürəkkəb problemlər qarşısındadır. Ölkənin bütün iqtisadiyyatı və infrastrukturu ruslara verilib. Onların qaytarılması isə çox çətin olacaq. Vermək asandır, qaytarmaq isə mümkün deyil. Ancaq çıxış yolu da mövcuddur: Beynəlxalq partnyorlarla əməkdaşlıq etməklə və yeni texnologiyalar almaqla yeni iqtisadi infrastruktur yaratmaq olar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR