Ərdoğanın partiyasında yalnız ərbakançılar qalacaq - Proqnoz
Bizi izləyin

Dünya

Ərdoğanın partiyasında yalnız ərbakançılar qalacaq - Proqnoz

Seçkilər-2014 : AKP “Milli Görüş” heyətlərinə dönür?

Ordunun sahil mahallarından olan Ünyenin bələdiyyə başçısı Əhməd Arpaçıoğlu bir müddətdir ki, bələdiyyə binasına getmir. O, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.

Publika.Az-ın BBC-nin türk xidmətinə istinadən verdiyi məlumata görə, bələdiyyə baçşısı bunun səbəbini soruşanlara “Uzun zamandır ki, məzuniyyətə çıxmamışdım, indi bundan istifadə edirəm” deyir.

Ancaq mahalda hər kəs bilir ki, iki müddət Ünyenin bələdiyyə başçısı olan Arpacıoğlu partiyasının bələdiyyə başçılığına namizədləri ilə bağlı etdiyi seçimlərdən narahatdır. Hər dəfə 50 faizdən çox səs toplayaraq bələdiyyə başçısı seçilən Arpacıoğlu Türkiyə Ana Vətən Partiyası (ANAP) mənşəli bir siyasətçidir.

İctimai rəy sorğuları onun bələdiyyə başçılığının Ünyedə müsbət qəbul edildiyini göstərir. Barəsində sui-istifadə iddiaları ilə istintaq açılan Arpacıoğlu yenidən namizəd olmadığına dair detallı danışmır, amma bu vəziyyətdən razı deyil.

AKP-nin mahaldakı bələdiyyə başçılığına namizədi Əhməd Çamyar islamyönümlü "Milli Görüş" Hərəkatından gələn bir şəxs olaraq tanınır. Arpacıoğlu Ə.Çamyarın özündən əvvəlki bələdiyyə dövründə bələdiyyə üzvü olduğunu söyləyir və əlavə edir:

“Həmin vaxt Ünye tarixinin ən pis bələdiyyəçilik nümunəsini yaşadı. Amma təəssüf ki, baş nazirimizi yanıldaraq anketlərdə də ən aşağı reytinqə malik olan yoldaşımızı namizəd olaraq məsləhət gördülər. Vətəndaşlarımızın keçmiş günlərini unutmadıqlarını düşünürəm və o günləri yenidən xatırlamalarını istəyirəm”.

ANAP mənşəli olmasının AKP-də bir problem yaradıb-yaratmadığına gəlincə, Arpacıoğlu əvvəllər bunun problem olmadığını, amma son dövrlər bunun daha da dərinləşdiyini söyləyir.

Yerli qəzetlərdən “Okuyurum” qəzetinin əməkdaşı Ulvi Gündoğdu Arpacıoğlunun “Milli Görüş” ənənəsindən gəlmədiyi üçün gerçək bir AKP-li olmadığı görüntüsünün yaradıldığını söyləyir. O, AKP-nin köhnə heyətinin önə çıxarılmasının ətraf mahallarda da reallaşdırılğını söyləyir:

Ünyedə Gülən Camaatına yaxın olması ilə tanınan yerli “İpekyolu” qəzetinin sahibi Hasan Tanrıver yalnız bölgədə deyil, Anadolunun bir çox yerində “Milli Görüş” mənşəli namizədlərin olduğu siyahıların ortaya çıxdığını bildirir.“Bu bölgədəki siyahılara baxın. Namizədlərin 70 faizi “Milli Görüş”dən gələn insanlardır. Bu yaşanan son hadisələrin gətirdiyi nəticədir”, - söyləyir.

Tanrıver yaşanan son hadisələr deyərkən 17 Dekabr əməliyyatlarını və AKP ilə Gülən camaatı arasındakı gərginliyi nəzərdə tutur. O, bütün bunların böyük şəhərlərdəki kimi olmasa da, Anadoluda da yavaş-yavaş özünü göstərdiyini və böyük bir qərarsız kütləni yaratdığını deyir.

Ordu Universitetinin iqtisadi administrativ elmlər fakültəsinin müəllimi Deniz Yıldırım Ünye nümunəsinin AKP-nin nüvə heyətinə dönməsi baxımından əhəmiyyətli olduğunu , bunun bir çox yerdə baş verdiyini, gələcək baxımından əhəmiyyətli dəyişikliklərə işarə etdiyini düşünür.

Yıldırım AKP-nin yalnız islamçı bir partiya olaraq qəbul olunmasına maneə törədən ittifaqları olduğunu deyir. Onun fikrincə, AKP-nin Ünyedə “Milli Görüş” mənşəli heyətə qayıtması AKP-nin yeni dövrdəki siyasəti haqqında əhəmiyyətli ipucları verə bilər.

Xatırladaq ki, "Mili görüş" hərəkatı ötən əsrin 70-ci illərində sabiq baş nazir Nəcməddin Ərbakanın başçılığı ilə yaradılmış siyasi cərəyandır. Ərdoğan uzun illər bu siyasi cərəyandan çıxan Milli Nizam, Milli Səlamət, Rifah və Fəzilət kimi partiyaların üzvü olub. AKP də Rifahın qapadılmasından sonra həmin partiyanın dah liberla fraksiyasının üzvləri tərəfindən təsis edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm