Maydanda atəş açan snayperlər təyin edildi
Bizi izləyin

Dünya

Maydanda atəş açan snayperlər təyin edildi

Maydanda atəş açan snayperlər təyin edildi

Ukrayna baş prokurorluğu Maydanda atəş açan snayperləri təyin edib. ANS PRESS-in məlumatına görə, bu barədə "5-ci kanal" a açıqlamasında Ukrayna baş prokuroru Oleq Maxnitskiy məlumat verib.


Baş prokurorluğdan snayperlərin ad və soyadları barədə məlumat verilməsə də onların Ukrayna vətəndaşları olduğu bildirilib.

Ukraynanın sabiq təhlükəsizlik xidmət rəisi Aleksandr Yakimenkonun sözlərinə görə, Filarmoniyanın binasındakı snayperlər faktiki olaraq Daxili İşlər Nazirliyinin əməkdaşlarının hücumlarına dəstək verirdilər.

Qeyd edək ki, Kiyevdə insanları güllələyən snayperlər Avropa Parlamentində müzakirə edilib. Bəzi tərəflərin kəskin etirazına səbəb olan hadisələr AB-də fikir ayrılıqlarına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm