• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycana keçən erməni haqda xəbər var

  • Dünya
  • 21 Mart 2014 11:57
  • 1 403 Baxış
Azərbaycana keçən erməni haqda xəbər var

Tovuz rayonunda əsir götürülən və Qazax rayonunda qarşı tərəfə qaytarılan Mamika Xocayan əməliyyat olunub.



Azərbaycanda əsirlikdə olan və sonradan qarşı tərəfə verilən 77 yaşlı erməni Mamika Xocayan haqda yeni informasiya əldə edilib.

Anspress-in verdiyi məlumata görə, “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzinin travmatologiya şöbəsində müalicə edilən Mamika Xocayan 10-15 gündən sonra evə buraxılacaq. Şöbə müdirinin verdiyi məlumata görə, o, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamika Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR