"Qazprom" SOCAR-la açıq rəqabətə başladı
Bizi izləyin

Dünya

"Qazprom" SOCAR-la açıq rəqabətə başladı

Rusiyanın enerji nəhəngi "Qazprom" Azərbaycanın “Şahdəniz” layihəsi kimi rəqibləri ilə mübarizə üçün Avropa bazarında qiymətlərin endirməyi nəzərdə tutur. Publika.Az xəbər verir ki, Bu barədə “Bloomberg” məlumat verir.

Agentliyin martın 20-də verdiyi məlumata görə, 2015-ci ildə Norveçdən Avropaya qaz idxalının həcmi dəyişməsə də, Əlcəzairdən alınan qazın həcmi azalır. İlkin hesablamalara görə, gələn il Avropa Birliyində yanacağa tələbatda da artım olmayacaq.

Məlumatda qeyd edilir ki, qiymətlərin aşağı olması Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini və ABŞ-ın maye qaz nəqli üçün müəssisələrin yaradılmasını da az cəlbedici edə bilər.

Keçən ilin dekabrında “Şahdəniz” yatağından 2-ci mərəhələdə çıxarılacaq qazın Avropaya satışı haqda saziş imzalanıb. Bu yataqdan Avropaya qaz nəqlinin 2019-cu ildən başlanması planlaşdırılır.

“Bloomberg”ə görə Rusiya 2020-ci ildə Avropa bazarına daxil olmağı planlaşdıran rəqbi təchizatçılarla mübarizə üçün qiymətləri aşağı sala, beləliklə də bazarda mövcud olan aşağı qiymət alternativ layihələrə marağı azalda bilər.

Agentliyin məlumatına görə 2010-cu ildə «Qazprom»-un Avropa bazarlarındakı payı 22 faiz idisə, şirkət 2016-2018-ci illərdə bu payını 29 faizə qaldırmağı nəzərdə tutur.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm