Ukraynanın neft maqnatı həbs edildi
Bizi izləyin

Dünya

Ukraynanın neft maqnatı həbs edildi

Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları “Naftoqaz” şirkətinin rəhbəri Yevqeni Bakulini ölkədə keçirilən neft-qaz sahəsində korrupsiya ilə bağlı əməliyyat çərçivəsində həbs edib.

Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları “Naftoqaz” şirkətinin rəhbəri Yevqeni Bakulini ölkədə keçirilən neft-qaz sahəsində korrupsiya ilə bağlı əməliyyat çərçivəsində həbs edib.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov xəbər yayıb.

Daxili İşlər Nazirliyinin keçirdiyi korrupsiya faktı ilə bağlı araşdırmalar nəticəsində məlum olub ki, dövlət içində mövcud olan cinayətkar qrup büdcəyə təxminən 4 mlrd. dollar zərər vurub. Araşdırmaların nəticəsinə görə, büdcəyə dəyən zərər dövlətin bir sıra rəsmiləri tərəfindən həyata keçirilib. Bu istiqamətdə aparılan araşdırmaların genişləndirilməsinə qərar vermişik. Ölkə siyasətçilərini araşdırma prosesinə müdaxilə etməməyə çağırıram. Həmin siyasətçilərə xəbərdarlıq edirəm. Prosesə təzyiq göstərənlərə ağır şəkildə cavab veriləcək".

Qeyd edək ki, Yevqeni Bakulin 2010-cu ilin mart ayından “Naftoqaz Ukrayna” şirkətinin rəhbəridir. Bundan əvvəl o, 2007-ci ilin mart ayından dekabra qədər olan müddətdə də şirkətə rəhbərlik edib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm