Dünya
Timoşenkodan Putinə “qırmızı xətt” xəbərdarlığı
“Rusiya prezidenti Putin materik Ukraynanın “qırmızı xətti”ni keçməməlidir”. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumatına görə, bunu ölkənin sabiq baş naziri Yuliya Timoşenko deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları Xerson vilayətinə daxil olarsa, Ukrayna öz sərhədini “peşəkarcasına, təminatlı şəkildə və effektli” müdafiə edə bilər.
“NATO qoşunları Ukraynaya yeridilməyəcək, ancaq Ukraynanın özü o dərəcədə güclü olacaq ki, Rusiya ona qarşı hərbi planda arqumentsiz qalacaq” – deyib sabiq baş nazir: “Odur ki, əllərimizi yumruq halında saxlayırıq ki, belə bir şey baş verməsin, Putinin olan-qalan ağlı getməsin və ayağının altında torpağı hiss eləsin. Yox, əgər o, addım atsa – cavabını alacaq”.
Timoşenko həmçinin, Krımın qaytarılmasının zaman məsələsi olduğuna əminlik ifadə edib. Onun fikrincə, Putinin fürsətdən yararlanıb bütün Ukraynanı ildırımsürətli müharibə ilə tutmaq planı boşa çıxıb.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi