• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kəşfiyyat Gülən hərəkatını necə izləyib? – Hökümətin cavabı

  • Dünya
  • 22 Mart 2014 07:43
  • 1 383 Baxış
Kəşfiyyat  Gülən hərəkatını necə izləyib? – Hökümətin cavabı

Almaniya federal parlamentinin həftəlik konfransında Sol Partiya tərəfindən Fəthullah Gülən və “Xidmət hərəkatı” haqqında verilən sual-təklif hökumət tərəfindən cavablandırılıb.

Publika.Az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Sol Partiyanın üç millət vəkilinin imzası ilə hazırlanan və 16 maddəlik sual-təklifdə F.Gülən və tərəfdarlarının fəaliyyətinin konstitusiyaya uyğun gəlib-gəlmədiyi, “Xidmət hərəkatının” Almaniya kəşfiyyat qurumları tərəfindən izlənib-izlənilmədiyi soruşulmuşdu.

Sual-təklifdə həmçinin Türkiyədə son vaxtlar çoxlu sayda polis məmurunun işdən azad edilməsi və yaxud iş yerinin dəyişdirilməsinin Avropa İttifaqına üzvlük prosesinə necə təsir edə biləcəyi də soruşulub. Fərdi istisnalardan başqa, Gülən hərəkatının Almaniyada konstitusiya zidd olması ilə bağlı əllərində hər hansı bir dəlil olmadığını deyən hökumət sözçüsü hərəkatın kəşfiyyat səlahiyyətliləri tərəfindən izlənildiyi barədə iddiaların da doğru olmadığını, buna zərurət olmadığını söyləyib.

Hökumət nümayəndəsi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın fevral ayında Almaniyaya səfərində baş nazir Angela Merkellə görüşündə Gülən hərəkatı barədə danışıb-danışmadığı ilə bağlı suala da cavab verib. Nümayəndə baş nazir Ərdoğanın ikitərəfli və Berlində keçirdiyi digər görüşlərində Türkiyədəki son hadisələrin qiymətləndirıldiyini ifadə edib.

Gülən hərəkatına bağlı olan Dialoq və Təhsil Vəqfinin məlumatlarına görə, hərəkatın Almaniyada təxminən iyirmi məktəbi və 150 ​​təhsil mərkəzi var.

Fevral ayında isə “Der Spiegel” jurnalı bir xəbərində məktəb və təhsil mərkəzlərin sayının 300 olduğu bildirilmişdi. Qəzet həmçinin, Konstitusiyanı Mühafizə Təşkilatının bir hesabatında Gülən hərəkatının “din dövlətinə meylli və konstitusiya zidd fəaliyyəti”nin yazıldığı qeyd olunmuşdu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR