Dünya
"Putinin zəif yeri puldur"
"Ukrayna münaqişəsi zamanı ABŞ prezidenti Barak Obamanın silahlı qüvvələrdən istifadə etməyəcəyi ilə bağlı verdiyi qərar səhv idi".
Bunu rusiyalı müxalifətçi, şahmatçısı Harri Kasparov bəyan
edib.
Kasparov qərb ölkələrini və ABŞ-ı Rusiya prezidenti Vladimir
Putinin Ukrayna ilə bağlı siyasətini dəstəkləyən elit təbəqəyə
qarşı sanksiyaları daha da ağırlaşdırmağa çağırıb.
“Obama Ukraynanın müdafiəsi üçün qoşun göndərməyəcəyini bəyan etməklə səhvini təkrarladı. O, böyük ehtimalla fikirləşib ki, qoşun göndərməməklə Ukrayna gərginliyini azalda bilər. Obamanın sülh jestini Putin zəiflik əlaməti kimi qəbul edir. Putinə görə, onun opponenti könüllü olaraq əsas arqumentindən – ordunun istifadəsindən imtina etdi”, - Kasparov bildirib.
Onun sözlərinə görə, Putin ciddi təhdidlə qarşılaşmasa, geriyə
addım atmayacaq. Kasparov hesab edir ki, sanksiyalar birbaşa Putinə
və ya onun hakimiyyətinə qarşı tətbiq edilməlidir: “Bu, Putini
narahat edən yeganə variantdır. Çünki o, hakimiyyəti itirməkdən
qorxur. Putinin, onun hakmiyyətdəki tərəfdaşlarının, onu
dəstəkləyən milyarderlərin və onların ailə üzvlərinin ölkə
xaricindəki bank hesabları izlənməlidir. Onlar xaricdə
gizlətdikləri pulları ilə hakimiyyətdə qalmağı bacarırlar”, -
Kasparov qeyd edib./anspress
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ