Dünya
Twitter Türkiyəyə qarşı vəkil tutub
Twitter Türkiyə hökumətinin sosial şəbəkənin istifadəsinə qadağa qoyulmasından sonra tədbirlər görüb və kiberqanunlarda ixtisaslaşan vəkil tutub.
Trend Hurriyet Daily News qəzetinə istinadən bu barədə cümə günü məlumat verir.
Vəkil Günenc Gürkaynak bildirib ki, o, Türkiyə Telekommunikasiya İdarəsinin (TİB) rəsmiləri ilə görüşündə Twitter-in maraqlarını təmsil edib.
"Biz məsələnin hüquqi həllini axtarırıq", - vəkil bildirib.
Türkiyənin bir sıra KİV-ləri İstanbul məhkəməsinin qərarı ilə Twitter mikrobloqunun bağlanılması barədə cümə günü məlumat yayıb.
Türkiyə hakimiyyəti Twitter mikrobloqlar şəbəkəsinə girişi cümə gününə keçən gecə bağlayıblar.
Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edəndən bir neçə saat sonra bağlanılıb.
Dünən o, bildirib ki, xarici təsirlərdən ölkə vətəndaşlarını qorumaq üçün lazım olsa Youtube və Facebook-dan istifadə edilməsinə qadağa qoyulması məsələsi gündəliyə daxil edilə bilər. Lakin Türkiyə prezidenti Abdulla Gül Youtube və Facebook-un istifadəsini qadağan etmək mümkünsüz olduğunu deyib.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO