Türkiyədən Novruz mənzərələri - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədən Novruz mənzərələri - FOTOLAR

Türkiyədə Novruz bayramı böyük təntənə ilə qeyd edilib. Ölkənin dörd bir yerində keçirilən yığıncaqlarda tonqal qalanıb və keçəl ilə kosa ətrafdakı insanlarla yumurta döyüşdürüb. Türkdilli xalqların qatıldığı yığıncaqlarda xalq oyunları sərgilənib.

Azərbaycan rəqs qrupunun da iştirak etdiyi Novruz şənliklərində Qafqaz musiqiləri təqdim olunub.
Eskişehirdəki Novruz şənliyində Türkiyə Qarnizon Komandiri General-leytenant Abidin Ünal Novruz tonqalı üzərindən tullanıb.

Qeyd edək ki, bayram tədbiri Azərbaycanın Türkiyədəki səfirliyində də təşkil edilib./Anspress

Türkiyədən Novruz mənzərələrini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm