Şimali Koreya 30 raketi sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Şimali Koreya 30 raketi sınaqdan keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın məsafəli 30 raketi sınağdan keçirib. Bu gün səhər saatlarında həyata keçirilən sınaq zamanı atılan raketlərin sürəti 60 km-i ötüb.

Cənubi Koreyanın hərbçiləri Şimali Koreyanın yeni raketlərini sınaqdan keçirməsinin bir müddət öncə Amerika-Cənubi Koreya birgə genişmiqyaslı hərbi təliminə reaksiya olduğunu ehtimal edirlər.

Xatırladaq ki, martın 16-da da KXDR-da yaxın məsafəli 25 raket sınaqdan keçirilib. Bu, ABŞ və Cənubi Koreya tərəfindən tənqidlə qarşılanıb. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi səciyyələndirilib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm