"Rusiya qazın qiymətini iki dəfə artıra bilər"
Bizi izləyin

Dünya

"Rusiya qazın qiymətini iki dəfə artıra bilər"

"Rusiya qazının qiyməti 1 aprel tarixindən iki dəfə arta bilər". Bu barədə Ukranya Baş naziri Arseniy Yasenyuk deyib. O bildirib ki, Ukrayna bu qiymət üzrə Rusiya Federasiyasında qazın alışından imtina edə bilmir:

"Son bir neçə ildə enerji daşıyıcılarının nəqlinin diversifikasiyası planında heç bir iş görülməyib. Ukrayna üçün Rusiya qazının qiyməti təxminən min kub metr üçün 500 dollara qədər arta bilər. Rusiya faktiki olaraq qazın qiymətini iki dəfə qaldırmaq istəyir".


Qeyd edək ki, ötən ilin dekabrında Ukrayna Rusiyadan qazı aşağı qiymətlə almış, 2014-cü ildə isə 268,5 dollar həcmində müəyyən etmişdi. 2013-ci ildə "Naftoqaz" Rusiyadan 13 milyard kub qazı hər min kubmetrinə təxminən 400 dollar ödəyib. Ukrayna energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib ki, aprelin 1-dən başlayaraq Rusiya Ukrayna üçün mavi yanacağa olan qiyməti hər min kubmetrə görə təxminən 380 dollara qaldıra bilər./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm