• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Saakaşvili Baş Prokurorluğa çağrıldı

  • Dünya
  • 22 Mart 2014 13:45
  • 366 Baxış
Saakaşvili Baş Prokurorluğa çağrıldı

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağrılıb.

Trend-in məlumatına görə, M.Saakaşvilinin sabiq Baş nazir Zurab Jvaniyanın ölüm işi üzrə ifadəsi alınacaq.


Qeyd edək ki, Z.Jvaniya və dostu Raul Yusupov 2005-ci il fevralın 3-də Tbilisidəki otaqların birində ölü vəziyyətdə tapılmışdılar.


Rəsmi versiyaya əsasən, ölümə səbəb dəm qazı nəticəsində zəhərlənmə olub. Lakin Baş nazirin qətlə yetirilməsi şübhəsi də mövcuddur. Dünən bu iş üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili də dindirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR