Ukrayna hərbi təyyarəsi qəzaya uğradı
Bizi izləyin

Dünya

Ukrayna hərbi təyyarəsi qəzaya uğradı

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Axar.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Ukraynanın qərbindəki Starokonstantinov şəhərinin Xmelinski rayonu ərazisində qəzaya uğrayıb.

Müdafiə Nazirliyi Su-24M təyyarəsinin eniş zamanı yaranan nasazlıq nəticəsində qəzaya uğradığını təsdiq edib. Məlumatda ekipajın qəzadan sağ xilas olduğu deyilir.

Təyyarənin havaya qalxdığı “Bulat” aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinin 7-ci briqadasına məxsus Su-24 bombardmançı təyyarəsi və Çexoslovakiya istehsalı olan L-39 təlim təyyarəsi saxlanılır.

Qəzanın səbəblərini araşdırılması ilə bağlı araşdırmalar aparıldığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm