Krım məsələsi BMT-də müzakirə ediləcək
Bizi izləyin

Dünya

Krım məsələsi BMT-də müzakirə ediləcək

Krım məsələsi BMT-də müzakirə ediləcək

Krım məsələsi BMT-də müzakirə olunacaq. ANS PRESS-in məlumatına görə, mart ayının 27-də qurumun Baş Assambleyasında Krım muxtar vilayətindəki vəziyyət haqqında danışılacaq. Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuriy Serqeyev deyib.

"Bizim müraciətimizə əsasən baş assambleya gələn həftə toplaşacaq. Onun gündəliyində münaqişənin qarşısının alınması ilə bağlı da bənd olacaq".

Y.Serqeyevin sözlərinə görə, daha yüksək səviyyəli görüşə keçməmişdən öncə BMT Təhlükəsizlik Şurasında bütün mərhələləri keçmək lazımdır.

"Bu mərhələlərdən biri son iclasda Krım haqqında qətnamə qəbul etmək cəhdi olub. Nəticədə Rusiya ona veto qoydu ki, bununla da bizim Baş Assambleya yolumuz açıldı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm