Dünya
Mixeil Saakaşvili axtarışa verilə bilər
“Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili ölkənin Baş prokurorluğuna dindirilmək üçün gəlmədiyinə görə axtarışa verilə bilər”.
Bu informasiyanı Gürcüstanın baş naziri İrakli
Qaribaşvili yayıb. Onun sözlərinə görə, əgər Saakaşvili
Gürcüstana gəlməsə, onun haqqında axtarış elan ediləcək.
“Saakaşvili hazırda ölkənin adi vətəndaşıdır. Baş prokurorluqda ona
veriləsi suallar çoxdur. Qoy Tiflisə gəlsin və suallara cavab
versin”, - deyə baş nazir bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili 10 cinayət işi ilə bağlı
dindiriləcək. Xüsusilə o, 2005-ci ildə baş nazir Zurab Jvaniyanın
öldürülməsində ittiham edilir.
Qeyd edək ki, Saakaşvilinin çağırış vərəqəsi onun anası Qiuli
Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun prokuroru
Koka Kaçitadze bu gün keçirdiyi brifinqdə deyib
ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. “Ancaq
inanırıq ki, o, öz hərəkətini ölçüb-biçəcək və Baş prokurorluğa
gələcək”, - prokuror deyib./Anspress
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye