Polşa ABŞ-dan hərbi kömək istədi: Rus işğalının yeni dalğası
Bizi izləyin

Dünya

Polşa ABŞ-dan hərbi kömək istədi: Rus işğalının yeni dalğası

Polşa ABŞ-dan NATO-nun şərq sərhədlərində hərbi mövcudluğunu genişləndirməyi xahiş edir. Bunu Polşanın müdafiə naziri Tomaş Semonyak deyib.

Polşa ABŞ-dan NATO-nun şərq sərhədlərində hərbi mövcudluğunu genişləndirməyi xahiş edir. Bunu Polşanın müdafiə naziri Tomaş Semonyak deyib.


O, RMF FM radiosunun efirində ötən çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Co Baydenin Polşada olduğunu xatırladıb.

T.Semonyakın sözlərinə görə, ABŞ nümayəndəsi ilə danışıqlar zamanı aydın şəkildə qeyd olundu ki, Polşa Şərqi Avropa tərəfi - NATO müttəfiqi olaraq, Birləşmiş Ştatların Avropada daha böyük hərbi mövcudluğuna ümid edir: "NATO-nun şərq cinahı gücləndirilməlidir". /trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm