Dünya
Saakaşvili Gürcüstana gəlməyəcəyini bəyan etdi
Gürcüstanın eks prezidenti Mixail Saakaşvili ölkə Baş prokurorluğunun onu dindirmək üçün göndərdiyi çağırış vərəqəsinə öz münasibətini bildirib.
Saakaşvili deyib ki, onun heç bir günahı yoxdur və bu baxımdan
da dindirilmək üçün Tiflisə, Baş prokurorluğa getməyəcək.
“Mən dostlarımla Ukraynaya dəstək kampaniyasına qoşuldum. Azad
insan kimi istənilən regionun azadlığı uğrunda mübarizəsinə qoşula
bilərəm və heç kəs mənim harasa getməyimə maneçilik törədə bilməz”,
- deyə Saakaşvili Niderlandda jurnalistlərlə görüşü zamanı
deyib.
Mixail Saakaşvili onun dindirilməsini Moskvanın sifarişi olduğu
deyərək əlavə edib ki, o, Gürcüstana Moskvanın “icraçı
sifarişlərini” təmizləmək üçün gələcək. “Bu, iş adamı, Gürcüstanın
eks baş naziri Bidzina İvanişvilinin dediyi vaxtdan tez olacaq.
Bidzina Moskvadan aldığı sifarişi həyata keçirmək üçün Kremldən 2
milyard dollar almışdı. Hamı bilirdi ki, Gürcüstanda son sözu
İvanişvili demir. Mən yorulanadək öz mübarizəmi davam etdirəcəyəm”,
- deyə Saakaşvili bildirib.
Xatırladaq ki, Saakaşvilinin çağırış vərəqəsi dünən onun anası
Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun
əməkdaşı Koka Kaçitadze dünən keçirdiyi brifinqdə deyib ki,
Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. “Ancaq inanırıq
ki, o, öz hərəkətini ölçüb biçəcək və Baş prokurorluğa gələcək”, -
deyə prokuror deyib.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ