• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu, Türkiyənin parçalanmasına yol aça bilər” - Təhdid

  • Dünya
  • 23 Mart 2014 08:42
  • 967 Baxış
“Bu, Türkiyənin parçalanmasına yol aça bilər” -  Təhdid

İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanın məktubu Diyarbəkrin Novruz Meydanında keçirilən bayram mərasimində kürd millət vəkilləri Pervin Buldan və Sirri Süreyya tərəfindən oxunub.

Publika.Az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kürt və türk dillərində oxunan məktubda hökumətə “kürd məsələsi”nin həll prosesində qətiyyətin davam etdirilməsi mesajı verilib.

15 ildir ki, İmralı adasında həbsdə olan PKK lideri “Bütün ara yollar və müvəqqəti formatlar artıq vaxtını doldurub. Hazırkı mərhələdə müzakirə sistemi üçün qanuni bir çərçivə qaçılmaz olmuşdur” söyləyib. Öcalan məktubunda “30 Mart bələdiyyə seçkilərindən sonra hökumət addım atmalıdır” deyən PKK-nın siyasi qanadı KCK İcra Şurasının üzvü Murat Qarayılan kimi hər hansı bir müddət verməyib. Gəzi Parkı hadisələri və 17 Dekabr hadisələrinin arxasında beynəlxalq güclərin olduğunu iddia edən baş nazir Rəcəb Təyyib Ərdoğan kimi Öcalan da “beynəlxalq qladio” və "beynəlxalq sui-qəsd”dən danışıb. Keçən ilki Novruz Bayramında verdiyi mesajlarla “kürd məsələsi”nin həlli prosesinə başlayan PKK lideri “qarşımıza çıxan beynəlxalq sui-qəsdlərə qarşı kifayət qədər diqqət etmək bizim tarixi məsuliyyətimizdir” deyib.

Ən az bir milyon insanın qatıldığı Diyarbəkdəki Novruz mərasimlərində xalqa müraciət edən KCK həmsədri Cəmil Bayık hökumətin Öcalanın başladığı həll prosesinə məsafəli yaxınlaşdığı üçün həm prosesin tıxandığını. həm də dövlətdə böhran yaşandığını söyləyib.

“Əgər Türkiyədə demokratikləşmə olmayıbsa və kürd problemi həll edilməyibsə, bunun günahkarı AKP hökumətidir. AKP yaradılan müzakirə zəminini boşa verdi. Ancaq yenə də ümidimizi itirməmişik. Heç bir zaman da ümidimizi itirmədik. Apo azad olunmalıdır. Həll və sülh variantının ortadan qalxacağı halda Türkiyə əvəz ödəyəcək. Əgər kürdləri yox etmək istəsələr kürdlər və PKK-nın mübarizəsi daha da böyüyəcək, bu hətta Türkiyənin parçalanmasına yol aça bilər”, - C.Bayık dilə gətirib.

Bayram mərasimlərində Novruz atəşini Demokratik Toplum Konqresinin həmsədrləri Aysel Tuğluk və Əhməd Türk yandırıb. Öcalanın fotoşəkilləri ilə birlikdə asılan “Ya müzakirə, ya döyüş” yazılmış nəhəng plakatlar kürd siyasi hərəkatının mövqeyini bir daha açıq şəkildə göstərdi.

Diyarbəkrdəki bayram mərasimlərində 400-dən çox yerli və xarici jurnalist iştirak edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR