• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şərqin xəritəsi belə dəyişəcək - Proqnoz

  • Dünya
  • 23 Mart 2014 11:17
  • 2 463 Baxış
Şərqin  xəritəsi  belə dəyişəcək - Proqnoz

Bəzi analitiklər bir əsrlik müddətdən sonra ilk dəfə Orta Şərq xəritəsinin yenidən çəkilə biləcəyini iddia edir.

Publika.Az-ın verdiyi xəbərə görə, “Amerikanın Səsi” radiosunun xəbərində Birinci Dünya Müharibəsindən danışarkən “Silahlar susmadan belə İngiltərə və Fransa bugünkü Suriya, Livan, İordaniya və Fələstini əhatə edən Osmanlı torpaqlarının necə paylaşacaqlarıbarəsində razılaşdı”,- deyilib.

Xəbərə görə, Londondakı “Royal UnitedServicesInstitute” adlı araşdırma təşkilatının başçısı Mixail Klark bugünkü Orta Şərqi anlamaq üçün bir əsr bundan əvvəlki bölünməyi bilməyin vacib olduğunu söyləyib. “Bildiyimiz ərəb dünyası əslində 1916-cı ildə Sukes-Pikot razılaşmasına söykənərək ingilislər və fransızlar tərəfindən quruldu”, – deyən analitik 1948-ci ildə İsrailin qurulmasından başqa sərhədlərdə əhəmiyyətli bir dəyişikliyin olmadığını, yüzillik fasilədən sonra ilk dəfə Orta Şərq xəritəsinin yenidən müzakirə olunduğunu söyləyib:

“Ərəb qiyamının ortaya atan güclər Orta Şərq xəritəsini yenidən çəkə bilər. Bölgənin Balkanlar kimi bölünmə ehtimalı var. Ortaya bir sıra yeni dövlət, yarıdövlət və torpaq mübahisələri çıxa bilər”.

Ancaq Klark ərəb dünyasındakı inqilabların başlanğıc mərhələsində olduğu qənaətindərdir. Suriyanın bölünə biləcəyini iddia edən “London School of Economics”in Orta Şərq Mərkəzinin əməkdaşı Robert Lovenin "Bir-birinə qarşı olan bir çox qrup arasında güc tarazlığı hazırda bərabər görünür. Heç bir qrup tam olaraq ölkəyə nəzarəti ələ keçirə bilmir. Kürdlər öz bölgələrində nəzarəti böyük ölçüdə ələ keçiriblər və hazırda bunu qorumağa çalışırlar”,- sözlərinə yer verilib.

Birinci Dünya Müharibəsi başa çatan zaman kürdlərin Suriya, Türkiyə, İraq və İran arasında bölündüyü ifadə olunan xəbərdə 2003-cü ildə İraqda Səddam Hüseynin devrilməsi ilə ölkənin şimalında kürd muxtariyyətinin yaradıldığı xatırlanır və muxtariyyətin kürdlərin müstəqill dövlət iddialarını gücləndirdiyi qeyd olunur.

Ancaq “London School of Economics”in əməkdaşı professor Saad Cevat İraqın bölünməyə qarşı müqavimət göstərdiyini söyləyir: “Birincisi, İraqda bir vətəndaş müharibəsinə getmə meyli yoxdur. Yetmişinci illərdə Livanda baş verən bir vətəndaş müharibəsi formasından danışıram. İkincisi, İraq xalqı arasında kürdlər də daxil olmaqla ölkəni bölməyi qarşısına məqsəd qoyan ciddi bir niyyət görünmür”.

Livanda baş verən son vətəndaş müharibəsinin izləri paytaxt Beyrutdan hələ də getməyib. Suriyadakı vətəndaş müharibəsi isə Livanın bölünmə qorxusunu yenidən dirildib. Bir müddət əvvəl sünni və şiə qrupları arasında ölümlə nəticələnən qarşıdurmalar baş vermişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR