Ukrayna Belarusa nota verdi və səfirini geri çağırdı
Bizi izləyin

Dünya

Ukrayna Belarusa nota verdi və səfirini geri çağırdı

Ukrayna Belarusa nota verdi və səfirini geri çağırdı

Ukrayna XİN-i bu ölkənin Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun Krımın işğalı məsələsində Rusiyanı müdafiə eləməsidir.

XİN rəsmisi Perebiynis Lukaşenkonun 23 mart bəyanatını hamı tərəfindən tanınan beynəlxalq hüquq normaları ilə, Rusiyanın ilhaq siyasətini pisləyən əksər ölkələrin mövqeyi ilə ziddiyyət təşkil elədiyini bildirib.

Ukrayna Belarus tərəfə etiraz notası da təqdim edib(musavat.com ).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm