Ruslar Krımda daha bir gəmi batırdılar
Bizi izləyin

Dünya

Ruslar Krımda daha bir gəmi batırdılar

Ruslar Krımda daha bir gəmi batırdılar

Dünya Ukrayna gəmilərinin Donuzlav gölündən çıxmasının qarşısını almaq üçün Rusiya hərbçiləri bu gecə daha bir gəmi batırıblar. ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın "Çerkassı" gəmisinin matrosu Aleksandr Qutnik bildirib. "Gecə rusiyalılar dənizə keçidin tam bağlanması üçün əməliyyat keçiriblər. Dünən bizi keçmək istədiyimiz yerdə kiçik ölçülü gəmi batırıblar", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, keçiddə batırılmış iki kater çıxarılmazsa, Qara dənizə çıxış mümkün olmayacaq və hələ ki, Ukrayna gəmilərinin buna imkanı yoxdur.Krımın ən iri gölü olan Donuzlavla Qara dənizi kiçik bir keçid birləşdirir və həmin keçid 1961-cı ildə yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm