• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yəməndə silahlı hücum nəticəsində 20 əsgər öldürülüb

  • Dünya
  • 24 Mart 2014 21:22
  • 404 Baxış
Yəməndə silahlı hücum nəticəsində 20 əsgər öldürülüb

Yəmənin cənub şərqində nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 20 əsgər öldürülüb.

BBC xəbər verir ki, hakimiyyətin məlumatına görə, hücum sübh vaxtı törədildiyindən əsgərlərin əksəriyyəti yatmış olub.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Hərbçilər əmindirlər ki, hücumun arxasında "Əl-Qaidə"nin Yəməndəki bölmələri durur.

Hadisənin baş verdiyi Hadramut əyaləti "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı istinad məntəqəsi hesab olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR