Ruslar Ukrayna hərbi gəmisni belə ələ keçirdilər - FOTOLAr
Bizi izləyin

Dünya

Ruslar Ukrayna hərbi gəmisni belə ələ keçirdilər - FOTOLAr

Bu gün Rusiya hərbçiləri döyüşlə Ukraynanın “Konstantin Olşanski” hərbi gəmisini ələ keçiriblər.

Bu gün Rusiya hərbçiləri döyüşlə Ukraynanın “Konstantin Olşanski” hərbi gəmisini ələ keçiriblər.

Heyətin böyük hissəsi gəmini tərk edib və orada yalnız 21 nəfər qalıb. Onlar kayutlarda barrikada qurublar. Rusiyanın Qara dəniz donanmasının yedək gəmisi “Konstantin Olşanski”yə yaxınlaşıb və ona qarmaq atıb. Gəmini qoruyan heyət üzvləri iki tüstü paketi atıb.

Hadisənin şahidi Aleksey Tamrazov bildirib ki, hücum zamanı avtomat səsləri və qumbara partlayışları eşidilib. Bundan sonra Tamrazov bildirib ki, hücum başa çatıb.

“Bitdi…Olşanski artıq yoxdur”, - deyə o vurğulayıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm