Rus banklarının reytinqi düşdü
Bizi izləyin

Dünya

Rus banklarının reytinqi düşdü

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 15 bankının reytinq üzrə proqnozunu "sabit"dən "mənfi"yə salıb.

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 15 bankının reytinq üzrə proqnozunu "sabit"dən "mənfi"yə salıb.

Bunların sırasında "Sberbank", "Rosselxozbank" (RSXB), "Alfa-bank", "Qazprombank" və "Vneşekonombank" da var. “Fitch” həmçinin Rusiyanın milli klirinq mərkəzinin, “Rosaqrolizinq”in və dövlət banklarının bir neçə törəmə qurumunun reytinqini aşağı salıb.

Eyni zamanda, martın 21-də “Fitch” Rusiyanın öz reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib. Bu zaman Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına və biznes mühitinə potensial təsirinə əsaslanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm