ABŞ "Twitter" qadağası ilə bağlı Türkiyəni sərt tənqid edib
Bizi izləyin

Dünya

ABŞ "Twitter" qadağası ilə bağlı Türkiyəni sərt tənqid edib

ABŞ hökuməti Türkiyəni sosial şəbəkələrlə bağlı daha təmkinli qərar verməyə çağırıb.

ABŞ hökuməti Türkiyəni sosial şəbəkələrlə bağlı daha təmkinli qərar verməyə çağırıb.

Publika.az-ın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib ki, Türkiyədə sosial şəbəkələrə qadağa qoyulması düzgün deyil.

"İnsanlar "Facebook"da, "Twitter"də öz fikirini azad şəkildə bildirmək hüququna malikdirlər və hökumət bu resurslara girişi əngəlləməməlidir. "Instagram" da həmçinin o sıraya aiddir", deyə Harf əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə məhkəmənin qərarı ilə Türkiyədə "Twitter"ə giriş dayandırılıb.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm