Suriya erməniləri Qaraturana qaçır – Bəyanat
Bizi izləyin

Dünya

Suriya erməniləri Qaraturana qaçır – Bəyanat

Suriya erməniləri Qaraturana qaçır – Bəyanat

Bir qrup Ermənistan parlament üzvü Türkiyə sərhədi yaxınlığında yerləşən Suriyanın Kasab şəhərindən “yerli erməni əhalisinin tərk etməsinə səbəb olmuş Türkiyə silahlı qüvvələrinin hərəkətlərini” pisləyən bəyanatla çıxış edib. Ermənistanda yayılan məlumatlara görə, martın 22-də Kasab şəhərinə Suriya hakimiyyətinə müxalif “Türkiyə tərəfindən dəstəklənən silahlıların hücumu nəticəsində” 800 erməni ailəsi Suriyanın Laziqiyyə şəhərinə qaçmağa məcbur olub.

Onların köçürülməsinə Suriya nizami ordusunun kömək etdiyi bildirilir. Köçkünlər Laziqiyyədə yerli soydaşlarının evlərində, erməni kilsələrində yerləşiblər.

Publika.Az. BBC-yə istinadən xəbər verir ki, Ermənistan parlamentinin bir qrup üzvü Türkiyəni Suriyaya qarşı silahlıların hücumunda iştirak etməkdə suçlayıb.“Türkiyə silahlı qüvvələrinin hərəkətləri sayəsində Suriyanın Kasab şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşan erməni əhalisi erməni soyqırımından bir əsr sonra yenidən sürgünlük yolunu tutmaq məcburiyyəti ilə üzləşib”, - bir qrup Ermənistan parlament üzvlərinin bəyanatında deyilir.

Bəyanat müəllifləri “baş verənləri Türkiyənin yaxud Suriyanın daxili işi deyil, insan haqlarının kütləvi şəkildə pozulması” hesab edir və “əslində soyqırımı nəticəsində Yaxın Şərqdə formalaşmış erməni icmasına meydan oxumaq” kimi qiymətləndirirlər.“Suriya və Türkiyə hakimiyyətlərini hadisələrin obyektiv surətdə araşdırmağa çağırırıq, beynəlxalq birlik tərəfindən insan haqlarının pozulması ilə bağlı bu rüsvayçı hallara birmənalı qiymət verilməsini tələb edirik”, - bəyanatda deyilir.

Bəyanatı imzalayan Ermənistan parlamentinin müxtəlif fraksiyaların 7 təmsilçisi “insan haqlarının kütləvi şəkildə pozulması” hallarını qeydə almaq üçün ermənilərlə məskunlaşmış Kasab ərazisinə BMT müşahidəçilərinin göndərinməsini tələb edir.

Bazar ertəsi Ermənistan Milli Yığnağının iclasında parlamentin sədri Hovik Abrahamyan, öz növbəsində, Kasabda baş verən hadisələrlə bağlı ölkə hakimiyyətinin “çox narahat” olduğunu bildirib.

Məlumatlara görə, martın 23-də Suriya ilə Türkiyə sərhədində Suriyanın hərbi təyyarəsi vurulub. Daha əvvəl Hürriyet Daily News, Türkiyə ordusunun Baş Qərargahına istinadən, MiQ-23 tipli Suriya təyyarəsinin, Türkiyə hava məkanını pozaraq, 1,5 km dərinliyinə daxil olduqdan sonra F-16 Türkiyə qırıcısı tərəfindən vurulduğunu bildirmişdi.

Suriyanın XİN-i Türkiyəni sərhəd Kasab bölgəsində Suriyanın suverenliyinə qarşı əsassız təcavüz etməkdə ittiham edib.

Bazar ertəsi Haaqa konfrans mərkəzində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bu həftəsonu erməni icmasının Kasabda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

“Biz son yüzillikdə ermənilərin sürgün edilməsinin dəhşətli hadisələrlə dolu Kasab tarixini unutmamışıq”, - deyə Serj Sarkisyan 1909-cu ildə “silahlı türk dəstələrinin Kasaba müdaxiləsi zamanı ilk dəfə ermənilərin başına gələn müsibətlər“ haqqında danışıb.

Sarkisyanın sözlərinə görə, ermənilər qaçıb Qaraturan dağlarında sığınıblar, lakin türklər orada da onların “evlərini yandırıb talamışdır”, və ermənilər Fransa gəmisi ilə Laziqiyyə şəhərində bir il qaldıqdan sonra Kasaba qayıdıb öz evlərini bərapa edə biliblər.

Ermənistan prezidenti daha sonra, 1915-ci ildə, Kasab ermənilərinin Suriya istiqamətində Deyr əz -zurr səhrasına və İordaniyanın cənubuna sürgün edildiyini xatırladıb.“Bugünkü, ermənilərin sayca artıq üçüncü, köçürdülməsi 21-ci əsrdə milli azlıqların müdafiəsi üzrə mexanizmlərə meydan oxumaqdır”, - deyib Serj Sarkisyan.

Ermənistan prezidenti "bu ağır məqamda Kasab ermənilərinin müdafiəsi üçün atdığı addımlara görə" Suriya hakimiyyətinə minnətdarlığını bildirib.Ermənistan prezidenti Ermənistanın BMT-nin Nyu York və Cenevrə nümayəndəliklərinə insan haqları və milli azlıqlar məsələləri üzrə xüsusi strukturlarda Kasab ermənilərinin təhlükəsizlik qarantiyası və daimi yaşayış yerlərinə təhlükəsiz qaytarılması məsələləri ilə məşğul olmaq tapşırığı verib.

Suriyada vətəndaş müharibəsi başlananadək bu ölkədə, müxtəlif mənbələrin məlumatlarına görə, erməni icmasının sayı 60-dan 100 minə qədər adam təşkil edirdi. Onların əksəriyyəti əsasən Hələb şəhərində məskunlaşır.

Hal hazırda Suriya erməni icmasının sayı təxminən 50 min nəfər təşkil etdiyi bildirilir. Son üç il ərzində erməni icmasının nümayəndələri ölkəni tərk edib müxtəlif ölkələrdə sığınacaq axtarmağa məcbur olublar. Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, bu müddət ərzində 11 min suriyalı erməni Ermənistanda qaçıb, bir çoxu qonşu Livanda sığınacaq tapıb. Bəzi məlumatlara görə, təxminən 10 min nəfər ABŞ, müxtəlif ərəb və Avropa ölkələrinə üz tutub.

Xatırladaq ki, Suriyada üsyançı döyüşçülər onların Türkiyə ilə keçidə və sərhəddəki kəndə nəzarət etdiyini göstərən video yayıblar.

İslamçı üsyançılar, o cümlədən “Əl Qaidə” ilə əlaqəli Nusra Cəbhəsi cümə günündən Kasab rayonu uğrunda vuruşurlar.Döyüşlərdə prezident Əsədin yaxın qohumu Hilal Əsəd də öldürülüb.

Bazar günü hava məkanının pozulmasını səbəb gətirən Türkiyə ərazidəki Suriya hərbi təyyarəsini vurmuşdu.Məlumata görə, üç güllə Türkiyəyə düşəndən sonra Türkiyə hərbi qüvvələri sərhəddə cavab atəş açıblar.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm