• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiyanın dövlət kanalı Moskva azərbaycanlılarını hiddətləndirdi

  • Dünya
  • 25 Mart 2014 11:36
  • 1 309 Baxış
Rusiyanın dövlət kanalı Moskva azərbaycanlılarını hiddətləndirdi

Rusiyanın dövlət kanalı “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan disaporunun da ciddi etirazına səbəb olub.

ANSPRESS bildirir ki, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli bu bədii filmin indi efirə getməsinin təsadüfi olmadığını düşünür: “Bu məsələnin kökünə baxanda görürük ki, indiki Rusiyanın ideologiyası köhnə sovet ideologiyasıdır və ondan da irəli gedib, daha bərbad bir şəkil alıb. Bu ideologiyanın işığında biz çox hadisələrin şahidi oluruq. Bədii cəhətdən aşağı səviyədə olan bir filmin sırf azərbaycanlılara garşı olduğu üçün efirdə yayımlanmasına və Jirinovskinin Dumadakı o biabırçı çıxışına eyni kontekstdə baxmaq lazımdır. Bütün bunlar onu göstərir ki, qəribə də olsa Rusiyada yönləndirilmiş bir ideologiya var. Rusiya bu gün yeni imperiya iddiasında olaraq imperiyanın bərpası yolunda siyasət yürüdür və bu siyasətin nəticəsində də son hadisələr baş verir”.

Rusiyanın politoloqları da Krım hadisələrinın davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yaımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu “Rossiya 1” kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb.

ANS TV-nin Moskva bürosunun əməkdaşı Aqşin Sabiroğlu dəfələrlə “Rossiya 1” kanalına zəng edib və film barədə danışmağı xahiş etsə də ona “yox” deyiblər. “Rus dövlət kanalından “Onların həqiqətləri” filmi haqqında müsahibə almaq cəhdlərim bütün günü bir nəticə vermədi. Kanalın mətbuat xidməti bu film haqqında hələlik susmağı üstün görür”,- deyə Aqşin Sabiroğlu bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib.

Qeyd edək ki, film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR