Dünya
Kim Çen In 26 yaşlı bacısını üzə çıxardı
KXDR-in lideri Kim Çen In ilk dəfə kiçik bacısını, 26 yaşlı Kim E Conu ictimaiyyətə təqdim edib. ANS PRESS-in məlumatına görə, Şimali Koreyanın prezidenti bacısı ilə birlikdə "Moranbon" ansamblının konsertində iştirak edib.
Cənubi Koreya mətbuatı Şimali Koreya liderinin ailəsinin qatıldığı
konsertin 22 martda Pxenyanda baş tutduğunu yazır. Kim Çen In öz
arvadı ilə birinci sırada, bacısı isə ikinci sırada əyləşib.
Kiçik bacının son zamanlar liderə çox təsir göstərdiyi bildirilir.
KXDR-in KİV-ləri onu "Əmək partiyasının açar işçisi" adlandırırlar.
O, ordunun təchizatında cavabdehlik daşıyan şöbəyə başçılıq edir.
Qeyri-rəsmi məlumatlara görə, Kim Çen Inın bacısı həmçinin
qardaşının iş cədvəli, onun geyim stili və saç düzümünə görə
cavabdehdir.
Kim E Con KXDR rəhbərliyində şimalikoreyalı liderin ilk qohumu
deyil. Kim Çen Inın 65 yaşlı əmisi Çan Son Txeka Şimali Koreyanın
siyasətində böyük təsir göstərə bilirdi. Lakin 2013-cü ilin
dekabrında onu güllələdilər. Rəsmi məlumatlarda əminin dövlət
vəsaitini dağıtmaqda ifşa olunduğu bildirilirdi.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər