Ermənistanın Baş Qərargah rəisi Bakıya gələcək
Bizi izləyin

Dünya

Ermənistanın Baş Qərargah rəisi Bakıya gələcək

Ermənistanın Baş Qərargah rəisi Bakıya gələcək

Ermənistan Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında iştirak edəcək.

Trend xəbər verir ki, bubarədə "Armenia Today" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyana istinadən xəbər verir.

İclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov təmsil edəcək.

Qeyd edək ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək.

Belə bir tədbir ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. İclasda MDB ölkələrinin Baş Qərargah rəislərinin iştirakı nəzərdə tutulur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm