• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezidentin qızı cəhənnəmdən məktub yazdı: "Məni döyüblər..."

  • Dünya
  • 25 Mart 2014 17:27
  • 1 163 Baxış
Prezidentin qızı cəhənnəmdən məktub yazdı: "Məni döyüblər..."

Özbəkistan prezidentinin qızı Gülnara Kərimova Mərkəzi Asiyanın ən güclü simalarından biri olub. Amma ötən il ətrafında baş verən qalmaqaldan sonra atasının gözündən düşüb. Gulnara 5 həftə öncə internetdə öz aktivliyini davam etdirirdi. Amma onun son günlərdəki susqunluğu hələ də davam edir.

“Mən psixoloji təzyiq altındayam. Mən döyülmüşəm. Mənim əllərimdəki xəsarətləri, zədələri saya bilərsiniz” - BBC-nin məlumatına görə, Özbəkistandan göndərilən məktubda belə yazılır.

Məktub yazan şəxs ev məhbusluğu yaşadığını, hər gün təhdidlərlə üzləşdiyinı, polis və kamera ilə izləndiyini bildirir.

Bu məktub dünyanın ən çox represyalar olan ölkəsi Özbəkistandan göndərilib. Məktubu göndərən anonim şəxs özünü “ədalətin bərpasıçısına çalışan” kimi təqdim edib. Bildirib ki, məktub bir neçə gün öncə yazılıb və gizli yollarla ona çatdırılıb. Məktubu göndərən şəxs əlavə detalları açıqlamaqdan imtina edib.

“...İNSAN KİMİ YAŞAMAQ MÜMKÜN DEYİL”

Məktub bu sətrlərlə başlayır:

“Kameralarla izlənmək, hər tərəfdə əli silahlıların nəzarətində insan kimi yaşamaq mümkün deyil”.

Məktubu kimin yazdığı məlum olmasa da məktubda deyilənlər, mətkubu yazanın xətti onun Özbəkistan prezidenti Gülnarə Kərimovaya məxsus olması ehtimalını artırır.

“Bu ölkədə qanunun aliliyinin mövcudluğuna inanmaqda mən necə də sadəlöv olmuşam”- məktubdakı sətrlərdən birində yazılır.

Analitiklər Güllnarə Kərimovanın əl yazısı ilə bu məktubu müqayisə ediblər. Gəldikləri qənaət belədir ki, hər iki məktubu 75 faiz eyni şəxs yazıb. Kril əlifbası üzrə əlyazısı eksperti İnessa Goldberg deyir ki, müqayisə olunan iki xətt eyni şəxsə məxsusdur.

“Orijinal nümunə olmadan bu haqda 100 faiz məlumat vermək mümkün deyil. Amma çox böyük ehtimalla bu iki xətt eyni şəxsə məxsusdur”.

Gülnarə Kərimova öz ailəsi haqda sərt tənqidi twitlər yazandan sonra onun Twitter hesabı bağlanıb.

Kərimova son vaxtlar Twitterdə yazırdı ki, onun başçılıq etdiyi təşkilatlara və media orqanlarına təzyiqlər başlanıb və ya onlar istintaq altındadırlar.

Human Rights Watch təşkilatının Avropa Mediası üzrə direktoru Andrew Stroehlein bildirir ki, Gülnarənin Twitterdə fəaliyyəti ölkədə həbsxana işgəncələrinin, məcburi əməyin və qanunsuz həbslərin olduğunu bir daha göstərib.

Gülnarə yüngül əyləncələrindən – pop musiqisindən, moda dizaynerliyindən, yoqadan daha çox həzz alan biri kimi görünürdü. Amma eyni zamanda o, rəqiblərin əlindən qəddarlıqla alınmış mülkiyyətlərdən və xarici investorlarla korrupsiyalı sövdələşmələrdən yaranmış sərvətin üstündə oturub.

Gülnarə İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurdur. Bəzi iddialara görə o, həmçinin İsveçin telekommunikasiya nəhəngi TeliaSoneranın Özbəklistan bazarına daxil olması üçün rüşvət istəyib. Şirkətin özbək filialı olan UCell Karimovanın “Fund Forum” xeyriyyə cəmiyyəti və hər il keçirilən style.uz festivalının maliyyələşdirilməsini davam etdirir.

Eyni zamanda Kərimova beynəlxalq səhnədə də müəyyən legitimlik qazana bilib. O hətta prezidentin varisi kimi tanınmazdan əvvəl BMT-nin Cenevrə ofisində səfir olub.

Belə görünürdü ki, yaxşıca cilalanmış və dünya görmüş Kərimova 2005-ci ildə Əndicanda törədilmiş qətliam, şagirdlərdən pambıq yığımında qul kimi istifadə olunması barədə ittihamlara tutarlı cavablar verə bilər. Yeri gəlmişkən, bu kimi məsələlərə görə onun dizaynı 2012-ci ildə Nyu York Moda Həftəsində boykot edilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR