Dünya
Yanukoviç sabah rus qoşunu ilə Ukraynaya girə bilər - FOTO
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin ya bu gün, ya da sabah rus qoşunlarının dəstəyi ilə ölkəsində itirdiyi hakimiyyəti geri almaq üçün ölkəsinə girəcəyi barədə məlumat yayılıb.
Bu barədə “Naşa versiya” həftəliyi yazıb.
Məqalədə bildirilir ki, ürəyindən uğurlu cərrahiyyə əməliyyatı
keçirən Yanukoviç martın 26-da xüsusi bəyanatla çıxış edəcəyi
gözlənilir. Həmin bəyanatında o, Ukraynada qayda-qanunu bərpa etmək
üçün hərbi əməliyyata başladığını elan edə bilər.
“Soverşenno sekretno” media holdinqinin tərkibinə daxil olan nəşr
yazır ki, Yanukoviç hakimiyyəti qaytarmaq üçün silahlı qüvvələr
qismində “Ukraynanın şərqində formalaşdırılan regional özünümüdafiə
dəstələri”indən istifadə edəcək. Lakin bu dəstələri kimin
formalaşdırdığı göstərilmir.
Bildirilir ki, “özünümüdafiə dəstələri”nin tərkibində 30 mindən çox
silahlı var. Onlar avtomatlarla silahlanıblar və olduqca yaxşı
təchiz olunublar. “Özünümüdafiə dəstələri”ni Ukraynanın şərqindən
olan oliqarxların maliyyələşdirdiyi deyilir.
Məlumata görə, Ukraynanın keçmiş müdafiə naziri Pavel Lebedev də
Yanukoviçin hakimiyyətə qayıtmaq planını dəstəkləyir. Ukrayna
ordusunun bir hissəsinin və “regional özünümüdafiə qüvvələrinin”
ona loyal olduğu bildirilir.
Nəşr bu məlumatların mənbəyini göstərmir. Lakin Yanukoviçin
Ukraynaya qayıtmaq planlarının sübutu kimi martın 22-i və 23-də
Ukraynanın Odessa, Xerson Xarkov, Donetsk, Luqansk bölgələrində
keçirilən mitinqləri göstərir. Həmin mitinqlərdə “Yanukoviç bizim
qanuni prezidentmizdir!”, “Yanukoviç, öz xalqını müdafiə et!”,
“Yanukoviç, qayıt!” sözləri yazılmış plakatlar qaldırılıb.
Bu mitinqlərin Yanukoviçin hakimiyyətə geri qaytarılması
planlarının bir hissəsi olduğu bildirilir.
Ukrayna mənbələri isə xəbər verir ki, Rusiyanın nəzarətinə keçmiş
Krımda Federal Təhlükəsizlik Xidmətinin emissarları tərəfindən
ölkənin şərq regionlarında aranı qarışdırmaq üçün xüsusi qruplar
formalaşdırılır. Bildirilir ki, Putinin emissarları Ukraynanın şərq
regionlarında mitinqlərə qatılmaq üçün adamlara 300 dollar
paylayır.
Xatırladaq ki, hazırda Rusiya Ukraynanın şərq sərhədləri boyu yaxşı
hazırlıq keçmiş və təchiz olunmuş 100 minlik qoşun qruplaşması
cəmləşdirib. NATO bildirir ki, bu qruplaşma heç bir maneəyə rast
gəlmədən Ukraynadan girib Moldovanın separatçı Dnestryanı
bölgəsindən çıxa bilər.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə
bir neçə gün əvvəl Yanukoviçin rus qoşunlarının dəstəyi ilə Kiyevə
qayıdacağını demişdi.
Bu arada məlum olub ki, Ukraynanın yeni hakimiyyəti ölkənin şərq
regionlarında separatçılıq dalğasının qarşısını almaq və sabitliyi
təmin etmək üçün Amerikanın muzdlu ordusu kimi tanınan özəl
mühafizə şirkətinin əməkdaşlarını cəlb etməyə hazırlaşır.
Bildirilir ki, Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin şərqində
vəziyyətə nəzarət edə bilmədiyi üçün xarici muzdluları cəlb edəcək.
Bu barədə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun
sərəncam verdiyi xəbər verilir. Söhbət “Greystone Limited” adlı
özəl hərbi mühafizə şirkətindən gedir.
Bu şirkət Barbados adalarında qeydiyyatdan keçib, onun ofisləri
düyanın müxtəlif ölkələrinə səpələnib. Şirkətin əməkdaşları yerüstü
xidmətə və aviasiyaya malikdir.
“Greystone Limited” şirkətinin qalmaqallı Amerika özəl mühafizə
şirkəti, əvvəlki adı “Blackwater “ olan “Xe Services”in törəməsi
olduğu məlumdur. Bu şirkət İraqın Əbu-Qureyb həbsxanasına nəzarət
edirdi və onun əməkdaşlarının məhbuslara işgəncə verdiyinə dair
görüntülər ortaya çıxmışdı. /Virtualaz.org/
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub