Ukraynalı qızlardan rus kişilərinə qarşı "seks boykot" kampaniyası - FOTO
Bizi izləyin

Dünya

Ukraynalı qızlardan rus kişilərinə qarşı "seks boykot" kampaniyası - FOTO

Bir qrup ukraynalı qız Rusiyaya qarşı sanksiyaların öz variantını düşünüb və ümid edirlər ki, bu,r daha səmərəli olacaq, nəinki Qərbin atacağı addımlar.

Bir qrup ukraynalı qız Rusiyaya qarşı sanksiyaların yeni variantını düşünüb və ümid edirlər ki, bu, daha səmərəli olacaq, nəinki Qərbin qəbul etdiyi iqtisadi sanksiyalar.

Gənc ukraynalı qızlar "Rus kişilərlə yatma" aksiyası keçirir və bütün ukraynalı qadınlara rus kişilərlə seksdən imtina etməyi təklif edir. Onlar hətta bu sözlər yazılmış firma köynəkləri hazırlayıblar. Publika.Az trud.ru-ya istinadən xəbər ki, Facebook səhifələrində başlayan aksiya barədə artıq bir çox xarici KİV-lər məlumat yayıb.

Təşkilatçılar aksiyanın irəliləməsi üçün" Rus kişisi ilə yatma" sözləri yazılmış maykalarda şəkil çəkdirib, bu maykaların satışına da başlayıblar.

Qeyd edək ki, ukraynalı qadınların aksiyası yenilik deyil, hələ qədim yunan yazıçısı Aristofan tərəfindən bir komediyada təsvir edilib.Alman rejissorların Azərbaycanda çəkdiyi "Absurdistan" filminin mövzusunda da belə bir aksiya yatır. Yeri gəlmişkən, belə davranışlar real həyatda da rastalnıb. Belə ki, 2009-ci ildə ölkədə siyasi böhranın həlli üçün Keniya qadınları "seks-boykot" kampaniyası aparmışdı.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm